Bakı və Moskva V Humanitar Foruma hazırlaşır

Bakı və Moskva V Humanitar Foruma hazırlaşır

Bakı və Moskva sentyabrın 29-da iki ölkə liderlərinin rəhbərliyi altında Bakıda keçiriləcək V Beynəlxalq Humanitar Foruma hazırlıq üzrə danışıqlar aparır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

“Azərbaycanlı həmkarlarımız ilə birgə sentyabrın 29-da iki ölkə liderlərinin rəhbərliyi altında Bakıda keçiriləcək V Beynəlxalq Humanitar Foruma hazırlıq üzrə danışıqlar aparırıq”, - məlumatda deyilir.

Bundan başqa XİN iyulun 11-12-də Segey Lavrovun Azərbaycana işgüzar səfərə gələcəyini də təsdiqləyib.

“Danışıqları Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı konteksti kimi baxırıq. Bakıda görüşlər zamanı ikitərəfli aktual məsələrin müzakirəsi, eləcə də Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar əsasında Dağlıq Qarabağ münaqişəsinin nizmalanması üzrə fikir mübadiləsi baş tutacaq”, - Rusiya XİN məlumatında qeyd edilir.

0
13