UEFA "Liverpul"u sevindirdi

UEFA "Liverpul"u sevindirdi

UEFA İngiltərə Premyer Liqa klublarından “Liverpul”un müdafiəçisi Mamadu Sakonun dopinq istintaqını dayandırıb. Apasport.az saytının məlumatına görə, mart ayında qanında şübhəli maddə tapılan oyunçu haqqında 30 günlük futboldan uzaqlaşdırılma qərarı verilmişdi.

Ancaq UEFA NİK Dünya Antidopinq Agentliyi (WADA) ilə apardığı danışıqlardan sonra oyunçu haqqında bəraət qərarı verib.

Qeyd edək ki, 2013-cü ildə “Liverpul”a PSJ-dən keçən fransız oyunçu Premyer Liqada 22, Avroliqada isə 10 oyunda meydana çıxıb.

0
10