ABŞ-da təyyarə qəzası: Ölənlər var

ABŞ-da təyyarə qəzası: Ölənlər var

Təyyarə hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb.

ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir mühərrikli "Piper PA-32" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu haqda ABŞ Aviasiyasının Federal İdarəsi məlumat yayıb.

İnfromasiyaya görə, təyyarə hava limanı yaxınlığında yaşayış məntəqəsinə düşüb. Təyyarənin göyərtəsindəki 4 nəfər həyatını itirib. Yerdə xəsarət alan olmayıb.

0
13