ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Kiçik həcmli “Piper PA-32”  təyyarəsi havaya qalxandan dərhal sonra yaşayış binalarının olduğu məhəlləyə düşüb. Təyyarənin göyərtəsində olan 4 nəfər ölüb, yerli sakinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

0
26