Dallasda polisi atəşə tutan şəxsin kimliyi açıqlandı

Dallasda polisi atəşə tutan şəxsin kimliyi açıqlandı

ABŞ-ın Texas ştatının Dallas şəhərində polisə atəş açan şəxsin kimliyi açıqlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dallas polisi rəsmi məlumat yayıb.

“Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər ABŞ Silahlı Qüvvələrində xidmət etmiş, 25 yaşlı qaradərili Mika Havyer Consondur”, məlumatda deyilir.

Yerli KİV-lərin xəbərinə əsasən, M.Conson vaxtilə Əfqanıstanda hərbi xidmətdə olub. Onun əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı bildirilir. Dallas şəhərinin meri Mayk Roulinq bildirib ki, M.Conson cinayəti tək törədib.

Qeyd edək ki, Dallasda iyulun 8-nə keçən gecə Luiziana və Minnesota ştatlarında polis zorakılığına qarşı keçirilən aksiya zamanı asayiş keşikçilərinə atəş açılıb. Son məlumatlara əsasən, hadisə nəticəsində 5 polis əməkdaşı ölüb, 12-i yaralanıb. Cinayəti törədən şəxs polis tərəfindən güllələnib.

0
24