Azərbaycanda körpələrə verilən adlar: Dursunəli, Bibixanım, Böyükkişi

Azərbaycanda körpələrə verilən adlar: Dursunəli, Bibixanım, Böyükkişi

Son beş ildə 117 körpəyə Zəhraxanım adı verilib.

Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.

Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib.

0
39