Millimiz Ermənistan yığmasına qalib gəldi - FOTO

Millimiz Ermənistan yığmasına qalib gəldi - FOTO

Komandamızın növbəti rəqibləri Estoniya və İsrail yığmaları olacaq.

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Oxu.Az-a verilən məlumata görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya və Hersoqovina, Avstriya, İspaniya komandaları ilə keçirəcək.

0
12