style="font-size: 24px;">“Retro Bakı” layihəsinə start verilir

style="font-size: 24px;">“Retro Bakı” layihəsinə start verilir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədi ilə yeni “Retro Bakı” layihəyəsinə start verilib.

İdarədən Oxu.Az-a verilən xəbərə görə, hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri, retro və jazz musiqisi ilə zəngin proqrama, rəqs nömrələrinə tamaşa edə biləcəklər.

Layihənin ilk açılış konsertləri 8 və 9 iyulda saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Aytən Sadıqzadə

0
10