Elmar Hüseynovun qətli haqqında yeni film

Elmar Hüseynovun qətli haqqında yeni film

Film qətlin 11 illiyinə həsr olunub.

Avropadan yayımlanan “Azərbaycan saatı” proqramı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov haqqında “Sözün qətli” sənədli filmini çəkib.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, film qətlin 11 illiyinə həsr olunub və tamaşaçılara jurnalistin ad günündə, iyulun 17-də təqdim ediləcək.

Elmar Hüseynov 1976-cı ilin iyulun 17-də Bakıda anadan olub. Jurnalist fəaliyyətinə 1995-ci ildə “Zerkalo” qəzetində başlayıb. 1996-cı ildə “Monitor” jurnalını təsis edib, jurnal tənqidyönümlülüyü ilə seçilirdi.

“Monitor” jurnalının son sayı 2005-ci ilin fevralın 19-da işıq üzü görüb. 2005-ci ilin martın 2-də isə Elmar Hüseynov yaşadığı binanın girişində qətlə yetirilib. Elmar Hüseynovun özündən sonra həyat yoldaşı Ruşanə və oğlu Aslan qalıb. E.Hüseynovun oğlu qətl baş verən zaman 1 yaş dörd aylıq idi.

0
14