Sabirabadda motosikl aşdı, sürücü xəsarət aldı

Sabirabadda motosikl aşdı, sürücü xəsarət aldı

Faktla bağlı araşdırma aparılır.

Sabirabad rayonunda motosiklin aşması nəticəsində sürücü ağır yaralanıb.

Oxu.Az bu barədə APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata istinadən xəbər verir.

Hadisə rayonun Ələmbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Süleymanov Rasim Ənvər oğlu motosikli idarə edərkən yoldan çıxıb və idarəetməni itirib.

O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

A.S.

0
21