“Kinder” məmulatlarında təhlükəli maddələr aşkar edilib

“Kinder” məmulatlarında təhlükəli maddələr aşkar edilib

“Foodwatch” təhlilin yekunlarını açıqlayıb.

Xarici KİV-də “Kinder” məmulatlarında mineral yağların karbohidrogenlərin (MOAN) aşkar olduğu barədə məlumat yayılıb.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, təhlükəli maddələr istehlakçıların hüquqlarını müdafiəsi “Foodwatch” təşkilatı tərəfindən aşkar edilib.

Daha öncə təşkilat təhlilin yekunlarını açıqlayaraq “Kinder”in şokolad məmulatlarında mineral mənşəli konserogen yağların olduğunu bildirmişdi.

Təşkilat tərəfindən aparılan laboratoriya testlərinin nəticələrinə görə, mineral ətirverici yağlar “Ferrero” istehsalı olan “Kinder Riegel” şokoladlarında, “Lindt” itehsalı “Fioretto Nougat Minis” konfetlərində və “Rübezahl” istehsalı olan “Sun Rice Classic Schoko” şokoladında aşkar edilib.

0
18