Metyu Brayza İlham Əliyevin NATO liderləri ilə görüşündən danışdı

Metyu Brayza İlham Əliyevin NATO liderləri ilə görüşündən danışdı

“NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı münasibətlər qurmaq üçün çalışır”.

“Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir”.

Oxu.Az-ın xəbəriə görə, bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır.

M.Brayza qeyd edib ki, Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir.

“Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır”, - deyə M.Brayza bildirib.

0
19