DəmirBank-da 7/24 valyuta mübadiləsi imkanı

DəmirBank-da 7/24 valyuta mübadiləsi imkanı

Daim müştərilərin rahatlığını düşünən “DəmirBank” “Mərkəz” filialında fasiləsiz valyuta mübadiləsi xidmətini təklif edir.

Müştərilər Nizami küçəsi 111 ünvanında (Landmark ilə üzbə-üz) yerləşən “Mərkəz” filialında həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) sərfəli məzənnə ilə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər. “Mərkəz” filialının təqdim etdiyi xidmətlər yalnız bununla məhdudlaşmır.

Belə ki, Bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə İnternet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəyə bilərlər.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi (012) 149
http://www.demirbank.az/
facebook.com/demirbank.az

0
21