"Beşiktaş"ın futbolçusu İngiltərə liqasına transfer oldu

"Beşiktaş"ın futbolçusu İngiltərə liqasına transfer oldu

Türkiyənin "Beşiktaş” klubu futbolçusu Gökhan Törəni İngiltərənin “Vest Hem Yunayted” klubuna icarəyə verdiyini açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bununla bağlı “Beşiktaş” klubu rəsmi məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, Törə "Beşiktaş"a 3 milyon avro qazandıracaq. İngiltərə klubu gələn il futbolçunu almaq istəsə, 13 milyon avro ödəməklə buna nail ola biləcək.

Qeyd edək ki,  “Vest Hem Yunayted”in baş məşçisi Slaven Bliç “Beşiktaş”da çalışıb. O, Gökhan Törəni uzun müddədir ki, transfer etmək istəyirdi.

0
7