Qazax-Kosalar avtomobil yolu yenidən qurulur

Qazax-Kosalar avtomobil yolu yenidən qurulur

Ərazidə yüksəkkeyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

“Azəravtoyol” ASC tərəfindən Qazax-Kosalar avtomobil yolu yenidən qurulur.

Oxu.Az qurumun saytına istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir.

2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidici zolaq və 1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa, sulların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bütün bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanması istiqamətində işlərə başlanılacaq. Ümumilikdə, yolun 48 min m2 sahəsinə 2 qat olmaqla yüksəkkeyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

0
28