Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 8-də Varşavada Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

0
11