"Kara Sevda"nın Nihanı bu gün evlənir - FOTO

"Kara Sevda"nın Nihanı bu gün evlənir - FOTO

Uzun müddətdir sevgili olan aktyor Kadir Doğlu ilə aktrisa Neslihan Atagül bu gün evlənir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, K.Doğulu nikahdan qabaq öz fikirlərini sosial şəbəkədə bölüşüb: “Həyatının qalan hissəsini sevdiyin insanla bərabər keçirəcəyini düşünəndə həmin hissənin tez gəlməsini istəyirsən”.

Qeyd edək ki, Azərbaycanda da sevilən “Kara Sevda” serialının baş rolunda “Nihan”ı obrazını canlandıran Atagül  2014-ci ildən bəri Kadir Doğlu ilə sevgilidir.

0
30