Bratçikov: Xəzərin statusu Qazaxıstan sammitinə qədər müəyyən edilə bilər

Bratçikov: Xəzərin statusu Qazaxıstan sammitinə qədər müəyyən edilə bilər

“Hazırda qarşıda ümumi yanaşmaların hüquqi formaya salmaq vəzifəsi durur”.

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə iş Qazaxıstanda keçiriləcək region ölkələrinin sammitinə qədər müəyyən edilə bilər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Rusiyadan olan nümayəndə heyətinin rəhbəri İqor Bratçikov deyib.

“Güzəştli qərarlar üçün əsas var – bu liderlərimizin Həştərxanda imzaladıqları dənizdə tərəflərin fəaliyyətinin prinsiplərindən ibarət siyasi bəyanatdır.

Hazırda qarışıda ümumi yanaşmaları hüquqi formaya salmaq vəzifəsi durur. Qazaxıstanda keçirilən sammitə qədər konvensiya üzərində işin bitməsi realdır”, - deyə Bratçikov bildirib.

Onun sözlərinə görə, buna qədər konvensiya layihəsi 12-13 iyul tarixlərində Qazaxıstanda toplaşacaq beş Xəzəryanı dövlətin XİN rəhbərləri tərəfindən təhlil ediləcək.

0
7