Obama NATO-nu Rusiyaya qarşı tədbir görməyə çağırdı

Obama NATO-nu Rusiyaya qarşı tədbir görməyə çağırdı

“Ukraynaya qarşı Rusiya təcavüzü bizim vahid, azad və dinc Avropa haqqında baxışımıza təhdid yaradır”.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, NATO siyasi iradəni səfərbər etməli və “İslam dövləti” (İŞİD) terror qruplaşması, Rusiya və Britaniyanın Aİ-dən çıxması kimi çağırışlara qarşı durmaq üçün konkret tədbirlər həyata keçirməlidir.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “Financial Times”a istinadən məlumat yayıb.

“İŞİD tərəfindən sövq və ya təşkil edilmiş terror aktları Orlandodan Parisə, Brüsselə və İstanbula qədər NATO ölkələrində günahsiz insanların ölümünə səbəb oldu. Afrikadan Suriya və Əfqanıstana qədər münaqişələr sığınacaq axtaran qaçqınlar dalğasını Avropaya gətirib çıxardı.

Ukraynaya qarşı Rusiya təcavüzü bizim vahid, azad və dinc Avropa haqqında baxışımıza təhdid yaradır. Britaniyanın Aİ-dən çıxmasına seçkilərin müsbət nəticəsi Avropa inteqrasiyasına dair gələcəkdə mühüm məsələlər qaldırır”, - Obama “Financial Times” qəzetindəki məqaləsində yazıb.

“NATO və Aİ liderləri ilə görüşmək üçün Varşava səfərində məncə NATO siyasi iradəni səfərbər etməli və belə çağırışlara qarşı durmaq üçün konkret tədbirlər həyata keçirməlidir”, - Obama əlavə edib.

0
11