Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Ən yüksək göstərici 2011-ci ildə olub.

Azərbaycanda son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 132 min 607 uşaq doğulub.

Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, son beş ildə ən yüksək göstərici 2011-ci ildə olub və ondan sonrakı dövrlərdə rəqəmlərdə azalma müşahidə edilir.

2011-ci ildə 30983 uşaq, 2012-ci ildə 27031 uşaq, 2013-cü ildə 25069 uşaq, 2014-cü ildə 25486 uşaq, 2015-ci ildə 24038 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gəlib.

0
8