Xətai rayonunun bir hissəsində su olmayacaq

Xətai rayonunun bir hissəsində su olmayacaq

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bu gün Bakının Xətai rayonunda suyun verilişində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar iyulun 8-də gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

0
17