Bakı Beynəlxalq Avtovağzalında 3 günə 49044 sərnişin daşındı

Bakı Beynəlxalq Avtovağzalında 3 günə 49044 sərnişin daşındı

Digər günlərlə müqayisədə avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.

Ramazan bayramı günlərində Bakı Beynəlxalq Avtovağzalından bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bayram günlərində, iyulun 5-i 706 reyslə 18681 sərnişin, iyulun 6-sı 566 reyslə 16750 sərnişin, 7 iyul tarixində isə 453 reyslə 13613 nəfər sərnişin daşınıb.

Digər günlərlə müqayisədə avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.

Ümumilikdə, Bakı Beynəlxalq Avtovağzalında 3 gün ərzində 1725 reyslə 49044 sərnişin daşınması həyata keçirilib.

0
12