Bakı ilk iki “An-178” təyyarəsi üçün ilkin ödənişi edib

Bakı ilk iki “An-178” təyyarəsi üçün ilkin ödənişi edib

Azərbaycan “An-178” təyyarəsi üçün birinci sifarişçi oldu.

Azərbaycan ilə müqavilə çərçivəsində Ukrayna artıq “Antonov” istehsalı ilk iki “An-178” təyyarəsi üçün ilkin ödənişi alıb.

Oxu.Az “ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini, Regional inkişaf, inşaat və MKT naziri Genadi Zubko “Antonov” müəssisəsində olarkən bildirib.

“10 təyyarə üçün müqavilə var. İyunda iki təyyarə üçün ilkin ödəniş edilib. Bunun üçün maliyyələşdirmədən çəkinməyən Azərbaycana minnətdarıq”, - nazir deyib.

Baş nazirin müavini bildirib ki, keçən həftə əldə olunan razılaşmaya görə, Azərbaycan ilə aviasiya sahəsində əməkdaşlıq genişləndiriləcək.

Bu müqavilələr çərçivəsində “Antonov” dövlət müəssisəsi Azərbaycan tərəfinə ölkə ərazisində “An-178” təyyarələrinin yığılması üzrə inşaat və fəaliyyəti təmin edən müəssisə üçün təşkilatın planlaması üzrə ilkin proqram və strukturunu təqdim etməlidir.

Məlumata görə, Azərbaycan “An-178” təyyarəsinin birinci sifarişçisi olub. “Antonov” dövlət müəssisəsi ilə müqavilə 2015-ci ilin mayında imzalanıb.

0
12