Şəmkirdə 19 yaşlı oğlan göldə batıb

Şəmkirdə 19 yaşlı oğlan göldə batıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:25-də başa çatıb.

0
18