Safura illər sonra klip çəkdirdi – VİDEO

Safura illər sonra klip çəkdirdi – VİDEO

Ekran işində ifaçının 2 yaşlı oğlu da iştirak edib.

Ailə qurduqdan sonra sənətdən uzaqlaşan müğənni Safura Əliyeva yeni klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, “Baku” adlanan mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Ekran işini Fərhad Əli lentə alıb.

Klipdə ifaçının 2 yaşlı oğlu İsgəndər də iştirak edib.

Xatırladaq ki, Safura Əliyeva 2010-cu ildə “Yeni ulduz 8” layihəsinin qalibi olub. Daha sonra “Eurovision-2010” mahnı müsabiqəsində ölkəmizi təmsil edərək 145 xalla 5-ci yeri qazanıb.

5 iyul 2013-cü ildə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. 10 avqust 2014-cü ildə cütlüyün oğlu dünyaya gəlib.

0
20