Kolleclərə ixtisas seçimi başlayır

Kolleclərə ixtisas seçimi başlayır

Seçim prosesi iyulun 18-dək davam edəcək.

Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə həyata keçirilir.

Seçim prosesi iyulun 18-dək davam edəcək.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

0
19