Elza Seyidcahana ad günündə bahalı HƏDİYYƏ verdilər

Elza Seyidcahana ad günündə bahalı HƏDİYYƏ verdilər

Əməkdar artist Elza Seyidcahan özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, 48 yaşını paytaxt məkanlarının birində qeyd edən müğənninin xoş gününə yalnız ailə üzvləri və dostları gəlib.  

Lent.az-a açıqlama verən E.Seyidcahan bildirib ki, özəl günündə ona bir çox hədiyyələr bağışlayıblar: “Əslində ad günümü elə də təmtəraqlı qeyd etməyi sevmirəm. Bu il yalnız ailə üzvləri və dostlarımın əhatəsində kiçik bir ad günü keçirtmək istədim. Hər bir insan diqqəti sevir. Ad günümdə bir çox insanlardan hədiyyələr aldım. Ən yadda qalan isə mənə bağışlanan bahalı üzük oldu”.


0
16