ABŞ-da iğtişaşlar: Dörd polis ölüb – FOTO + VİDEO

ABŞ-da iğtişaşlar: Dörd polis ölüb – FOTO + VİDEO

Daha üç nəfərin vəziyyəti ağırdır.

Dallasda etirazlar zamanı dörd polis ölüb, daha 11 nəfər isə yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə polis idarəsi məlumat yayıb.

Luiziana və Minnesotda polislər tərəfindən iki afroamerikalının qətlə yetirilməsindən sonra meyana gələn iğtişaşlar zamanı Diley-Plaza yaxınlığında naməlum şəxs asayiş keşikçilərinə atəş açıb.

Fox News-un məlumatına görə, zərərçəkən polislərdən üç nəfərinin vəziyyəti ağırdır.

Polis rəisi Devid Braun izah edib ki, snayper iki nəfər olub, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərdən birini “sıxışdıra” biliblər.

O həmçinin qeyd edib ki, şübhəlilər şəhərin mərkəzində bomba partlatmaqla hədələyiblər.

Son məlumata görə, Dallasda dörd polisin qətlində şübhəli bilinənlər saxlanılıb, onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub.

Daha öncə şəkili sosial şəbəkələrdə yayılan kişi polisə təslim olub.

Polisdən qeyd ediblər ki, ikinci şübhəli xüsusi təyinatlılar tərəfidən sıxışdırılıb. Atışmadan sonra o da saxlanılıb.

0
5