Fransa Almaniyanı məğlub etdi – VİDEO

Fransa Almaniyanı məğlub etdi – VİDEO

Fransa Avro-2016 final görüşündə Portuqaliya ilə qarşılaşacaq.

Fransa yığması yarımfinalda Almaniyanı 2:0 məğlub edərək Avropa Çempionatının finalına yüksəlib.

Oxu.Az xəbər verir ki, oyunda Fransa 45-ci dəqiqədə Qrizmanın penalti zərbəsi ilə hesabı açıb.

72-ci dəqiqədə isə Qrizman özünün və komandasının ikinci qolunu vuraraq komandasının finala çıxmasına səbəb olub.

Qeyd edək ki, ev sahibi olan Fransa 10 iyulda keçiriləcək Avro-2016 final görüşündə Portuqaliya ilə qarşılaşacaq.

0
14