Rusiyadan Türkiyəyə çarter uçuşlarının ləğvinin səbəbi açıqlandı

Rusiyadan Türkiyəyə çarter uçuşlarının ləğvinin səbəbi açıqlandı

Rusiyanın Sankt-Peterburq və digər bölgələrindən Türkiyəyə iyulun 7-nə nəzərdə tutulmuş ilk çarter uçuşları ləğv olunub.

APA-nın xəbərinə görə, bu barədə “Fontanka.ru”ya  “Aneks-tur” turizm şirkətindən bildirilib.

Məlumata görə, iyulun 7-nə nəzərdə tutulan turların hamısının bir neçə saat ərzində rusiyalı turistlər tərəfindən alınıb.  Lakin,  buna baxmayaraq, “Aneks-tur” turizm şirkəti və “Azur Air” aviaşirkəti uçuşların həyata keçirilməsi üçün “Rosaviasiya”dan lazımi razılığı ala bilməyiblər. Nəticədə, turistlərə əlavə ödəniş əsasında müntəzəm reyslərdən istifadə etmək təklif olunub.

 

 “Çarter qadağası”nın ləğv olunmaması Rusiyadan Türkiyəyə çarter uçuşları həyata keçirilmir

Rusiya Turizm Sənayesi Birliyinin mətbuat katibi İrina Tyurina məsələ ilə bağlı bildirib ki, prezident Vladimir Putinin “çarter qadağası”nın ləğvi haqqında fərman imzalamasına baxmayaraq,  Nazirlər Kabineti indiyədək müvafiq qərar qəbul etməyib. Müvafiq qərar həmçinin “Rosaviasiya” tərəfindən də qəbul olunmalıdır.

“Özəl daşımalara qoyulan qadağanın ləğv olunması barədə hökumətin qərarı gözlənilir.   Lakin, bunun nə zaman baş verəcəyini biz bilmirik”, - deyə Tyurina qeyd edib.    

Onun sözlərinə görə, məsələnin tez bir zamanda həll olunacağına ümid edən turoperatorlar artıq müxtəlif tarixlərə turlar təşkil ediblər.

Qeyd edək ki, Vladimir Putin  iyunun 30-da Türkiyəyə qarşı sanksiyaların ləğv olunması barədə fərman imzalayıb və Nazirlər Kabinetinə ölkədən Türkiyəyə çarter reyslərinə qoyulan qadağanın ləğvinə dair tədbirlər görməyi tapşırıb.

0
15