“Qəbələ”, "Neftçi" və “Kəpəz”in yeni rəqibləri bəlli oldu

“Qəbələ”, "Neftçi" və “Kəpəz”in yeni rəqibləri bəlli oldu

Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan “Qəbələ”, "Neftçi" və “Kəpəz”in  rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Samtredia”dan (Gürcüstan) üstün olan “Qəbələ”nin rəqibi MTK olacaq. Macarıstan klubu “Aktobe"ni (Qazaxıstan) mübarizədən kənarlaşdırıb (1:1, 2:0).

Malta "Baltsan"ını keçən (2:0, 1:2) “Neftçi” növbəti mərhələdə “Şkendiya” (Makedoniya) ilə üz-üzə gələcək. Makedoniyalılar isə “Krakoviya”ya (Polşa) evdə 2:0 hesabıyla qalib gəlmişdisə, səfərdə 2:1 üstün olub.

“Kəpəz” isə iki oyunun nəticəsinə görə (1:1, 3:2) Slovakiya “Myava”sını mübarizədən kənarlaşdıran “Admira” (Avstriya) ilə qarşılaşacaq.

0
23