Səidə Sultan əməliyyat etdirib

Səidə Sultan əməliyyat etdirib

Müğənni Səidə Sultan burun əməliyyatı etdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı burnu sarıqlı fotosunu sosial şəbəkədə paylaşıb.

S.Sultan bildirib ki, nəfəs almasında problem olduğu üçün bıçaq altına yatıb:

“Dostlar, qorxmayın. Bu, mənəm! On günə elə ceyran qız olacağam ki...Çoxlarınız deyəcək ki, bu da burnunu əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam.

“Nə oldu, bu yaşa qədər bu burunla gəzdin, indi bəyənmədin?!” deyənlər var. Nəfəsimdə problemlər, çəpər əyriliyi, artıq ət oxumağıma çətinlik yaradırdı. Həkimin məsləhəti ilə göz qapağındakı ətləri də götüzdürdüm. "Çox sağ olun" bir qismi də ANS-də “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovaya düşür”.

0
18