Sarkisyan da Varşavaya gedəcək

Sarkisyan da Varşavaya gedəcək

Ermənistan prezidenti Serj Sarkisyan NATO sammiti çərçivəsində keçiriləcək  Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının görüşündə  iştirak etmək üçün Varşavaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək.  

Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

APA-nın bundan əvvəl verdiyi xəbərə görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin NATO sammiti çərçivəsində müzakirə olunacağını bildirib.  “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.

0
23