“Neftçi” uduzsa da, sevindi

“Neftçi” uduzsa da, sevindi

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, “Neftçi” doğma meydanda “Baltsan”la oynayıb.

Səfərdə 2:0 hesablı qələbə qazanan “ağ-qaralar” doğma divarlar arasında bu üstünlüyündən istifadə edib. Belə ki, doğma azarkeşlər önündə yaxşı oynaya bilməyən "ağ-qaralar" məğlub olub.

Hesabı meydan sahibləri açsalar da, ikinci hissədə toparlanan maltalılar qələbə hesabını əldə ediblər. Qonaqların gücü daha bir qol vuraraq mərhələ adlamağa çatmayıb.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) - 1:2

Qollar: Jayro, 20 - Misallef, 50, 67

İstifadə olunmayan penalti: Feneç, 57 (qapıdan kənara)

Baş hakim: Yaroslav Kozik

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 2:0

0
21