Bakıda 11 yaşlı uşaq quduzluqdan ölüb

Bakıda 11 yaşlı uşaq quduzluqdan ölüb

Uşağı 15 gün əvvəl it dişləyibmiş.

Bu gün Səlyan rayonunun Dayıkənd kəndinin sakini 11 yaşlı Aqil İsmayılov quduzluqdan ölüb, Oxu.Az haqqin.az-a istinadən xəbər verir.

Uşağı 15 gün əvvəl it dişləyibmiş. Oğlanın valideynləri həkimlərə müraciət ediblər. Rayonun Mərkəzi xəstəxanasında uşağa quduzluq diaqnozu qoyublar və müalicə yazıblar.

Lakin uşağın səhhəti gündəngünə pisləşdiyi üçün onu Bakının Birinci klinik xəstəxanasının infeksiya xəstəlikləri şöbəsinə yerləşdiriblər.

Müalicə müsbət nəticə verməyib və uşaq bu gün dünyasını dəyişib.

0
31