Görün Ruslar kimin tərəfini tutur!! (Вот кого поддерживает Русский народ) Video

Görün Ruslar kimin tərəfini tutur!! (Вот кого поддерживает Русский народ) Video

8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilmişdi:

17.33-də Moskva metrosun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdür.

18.05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir.

18.10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdür.

İstintaqın verdiyi məlumata görə terror aktlarının əsas təşkilatçısı və rəhbəri Stepan Zatikyan olmuşdur, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, Zatikyan onları ruslardan "ermənləri əzdikləri üçün" intiqam almağa çağırırdı.


Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16-20 yanvar 1979-cu il tarixlərində keçmişdir.

Məhkəmədə Zatikyan oz günahını boynuna almaqdan imtina edirdi, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştirakını təkzib edirdi, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul etmişdi.

İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi:

"Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur çünki, Rus imperiyası özü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır"

Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlamışdır:

"Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!

Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülür!

Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilir.

Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə

"Ermənistam K.P. birinci katibi Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. K. Dəmirçyan istintaqa hər cür maneçilik törədirdi lakin istitaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun qəldiyi qənaətlə razılaşmalı oldu"

Bobkovun fikrinə görə terror aktlarının təşkilində "ASALA" təşkilatı da iştrak etmişdir.Bobkov bu barədə deyir:

"Bu mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın sübhəli hərəkətlərindən məlum oldu. O, hər vəchlə SSRİ DTK-dan Ermənistan SSR-da Asalanın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı qizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır"

DTK Polkovnikİ Aleksandr Remiqaylo bu barədə belə demişdi:

"Uşaqları, qadınları, qocaları öldürən şəxsləri bütün dünya qınamalıdır"

Burdan belə sual yaranır bəs niyə indi Rus ermənilərin Azərbaycan xalqına qarşı etdikləri cinayətləri qınamır?

0
359