“Qəbələ”ni sevindirən məğlubiyyət

“Qəbələ”ni sevindirən məğlubiyyət

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər.

Hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın "Qəbələ"nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib.

İkinci hissə bərabərsəviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub.

Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

“Samtredia” (Gürcüstan) – “Qəbələ” - 2:1

Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42

Baş hakim: Georgios Kizas

Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze stadionu

İlk oyun – 1:5

0
17