Putin polislərin sayını xeyli artırır

Putin polislərin sayını xeyli artırır

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ştat cədvəlinin artırılması barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, DİN əməkdaşlarının sayı 64 min nəfərdən çox artaraq 1 067 876 nəfərə çatıb.

Onların 872 970 nəfəri daxili işlər orqanlarının əməkdaşları, 17 376 nəfəri federal dövlət məmuru, 177 530 nəfəri isə digər işçilərdir.

Xatırladaq ki, indiyədək DİN-in ştatında 1 003 232 nəfər var idi.

0
15