Qobustanda deformasiyaya uğramış avtomobillərdən 7 nəfər xilas edildi

Qobustanda deformasiyaya uğramış avtomobillərdən 7 nəfər xilas edildi

İki ədəd “VAZ” markalı minik avtomobili toqquşub.

Qobustan rayonunda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus iki ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:00-da başa çatıb.

0
12