Bakıda ağır qəza: Sürücü öldü - FOTO

Bakıda ağır qəza: Sürücü öldü - FOTO

Yol-nəqliyyat hadisəsi Xətai rayonunda qeydə alınıb.

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Qurbanov Ramin Mərdan oğlu (1979-cu il təvəllüdlü) idarə etdiyi “10- UK- 280” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan 37 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.

Qəzaya ilkin səbəb kimi, hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşılması göstərilir.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.

0
313