Türkiyədə restorana silahlı basqın: 1 ölü, 3 yaralı

Türkiyədə restorana silahlı basqın: 1 ölü, 3 yaralı

Türkiyədə restorana silahlı basqın olub.

Lent.az-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, Diyarbəkirin mərkəzində yerləşən restoranın rəhbərliyi ilə müştərilər arasında hesab üstündə mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Müştərilər restoranı tərk edib. Bir müddətdən sonra silahlı şəxslər restorana daxil olaraq restoranın işçilərindən  Ali Akkuratı öldürüblər. REstoranın daha 3 işçisi isə ağır yaralanıb. Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb. Hadisəni törədən şəxslər axtarışı davam edir

0
15