Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşdi

Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşdi

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək 3-cü komanda dəqiqləşdi.

Qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) Azərbaycanı təmsil edəcək 3-cü klubun adına aydınlıq gəlib. 

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, qitənin ən nüfuzlu klub turnirindəki sonuncu təmsilçimiz Super Liqanın bürünc medal uğrunda keçirilən oyunundan sonra bəlli olub.

Belə ki, ardıcıl 3 oyunda “Azəryol”a qalib gələn “Lokomotiv” yeni mövsümdə də ÇL-də ölkəmizi təmsil etmək hüququna yiyələnib.

Bu mövsüm pley-offa kimi irəliləyən “dəmiryolçular” yeni ildə yarışın təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Çox güman ki, gələn mövsüm “Azəryol” da “Çelenc Cup”da gücünü sınayacaq.

0
30