Türkiyədə restorana silahlı hücum: Ölənlər var

Türkiyədə restorana silahlı hücum: Ölənlər var

Polis cinayətkarları axtarır.

Türkiyənin cənub-şərqində Diyarbakır vilayətində restorana silahlı hücum olub.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində üç nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Bildirilir ki, ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır.

Polis cinayətkarların axtarışına başlayıb.

0
15