Messi komandasını "Çelsi"yə dəyişə bilər

Messi komandasını "Çelsi"yə dəyişə bilər

İspaniyada başı vergi qalmaqallarına qarışan Lionel Messi komandasını dəyişə bilər. Apasport.az saytının İngiltərənin “The Sun” qəzetinə istinadən məlumatına görə, argentinalı futbolçu karyerasını “Çelsi”də davam etdirə bilər.

Çünki ulduz futbolçunun atası Xorxe Messi “Çelsi”nin sahibi Roman Abramoviçlə görüşüb. Rusiyalı biznesmenin şəxsi yaxtasında baş tutan görüşdə Lionelin gələcək karyerası müzakirə olunub. Messinin atası İspaniya Məhkəməsinin yaratdığı problemlər ucbatından oğlunun bu ölkəni tərk edə biləcəyini istisna etməyib. O, Lionelin bu üzdən “Barselona” ilə yeni müqavilə imzalamaqdan imtina edə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Messinin “Barsa” ilə anlaşmasında yer alan bəndə görə, onun transfer qiyməti 250 milyon avrodu.

0
21