AL: "Neftçi" və "Qəbələ" üçün rahat , "Kəpəz" üçün ağır sınaq

AL: "Neftçi" və "Qəbələ" üçün rahat , "Kəpəz" üçün ağır sınaq

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Lent.az-ın məlumatına görə, bu mərhələdə çıxış edən Azərbaycan klubları- “Kəpəz” “Qəbələ”, “Neftçi” rəqibləri ilə cavab qarşılaşmasına çıxacaq.

“Neftçi” doğma meydanda, “Kəpəz” və “Qəbələ” isə səfərdə Azərbaycanın bayrağını dalğalandıracaq.

“Neftçi” “Bakcell Arena”da Maltanın “Baltsan” klubu ilə qarşılacaq. Oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.  Maltada keçən görüşdə təmsilçimiz 2-0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın start fiti 20:00-da çalınacaq.

“Qəbələ” səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılacaq. Birinci qarşılaşmada 5-1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri oyuna rahat çıxacaq. Zestafonidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

“Kəpəz” isə Moldava səfərində olacaq. Şahin Diniyevin futbolçuları “Daçiya”nı turnirdən uzaqlaşdırmaq niyyətindədir. Bakıda keçirilən qarşılaşmada qolsuz bərabərlik əldə edilib. “Kəpəz” səfərdə ya qollu heç-heçə etməli, ya da qalib gəlməlidir. Qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək. Oyunda gürcüstanlı refer fit çalacaq.

0
27