“Qarabağ” – “Düdelanj” matçının biletləri satışda

“Qarabağ” – “Düdelanj” matçının biletləri satışda

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Düdelanj” (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Lent.az-ın "Qarabağ" klubunun saytına istinadən məlumatına görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 manat arası dəyişir. Belə ki, biletlər 1-5 və 24-28-ci sektorlara 1, 6-10 və 19-23-cü sektorlara 2, 11-13 və 16-18-ci sektorlara 5 manatdı. VİP (14-15 sektorlar) biletlər isə 30 manatdı.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

0
18