“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat etdi

“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat etdi

Türk futbolunun və “Qalatasaray”ın əfsanəvi qapıçısı Turqay Şeren vəfat edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, T. Şeren bu gün səhər saatlarında 84 yaşında dünyasını dəyişib.

Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi "Qalatasaray"da yetişib və bütün karyerasını bu komandada keçirib. İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb. 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib. Türkiyə milli komandasında 46 dəfə forma geyib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub. Futbolçu karyerasını tamamladıqdan sonra bir müddət məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.

0
17