Putin yenə “yoxa çıxıb”

Putin yenə “yoxa çıxıb”

Rusiya lideri bir sıra ölkədaxili tədbirləri təxirə salıb.

Rusiya prezidenti Vladimir Putini sonuncu dəfə ictimaiyyət qarşısında iyulun 1-də Finlandiyaya səfəri zamanı görüblər və həmin gündən etibarən onun harada olduğu açıqlanmır. Hərçənd ki, Rusiya lideri iyulun 7-də axşam ABŞ prezidenti Barak Obama ilə telefon danışığı aparıb. Tərəflər Suriya, Ukrayna və Qarabağ məsələsini müzakirə ediblər.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, V.Putin ABŞ prezidenti ilə telefon danışığı aparsa da yaxın bir həftə ərzində Rusiyanın regionlarına planlaşdırdığı üç səfəri təxirə salıb. Bu haqda Kremlə yaxın mənbələr RBK agentliyinə bildirib.

Söhbət Altay, Yakutiya və Novqorod vilayətlərinə əvvəlcədən planlaşdırılmış səfərlərdən gedir. Nəşr xatırladır ki, Putin ictimaiyyət qarşısında sonuncu dəfə iyulun 1-də Finlandiyada görüntülənib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkədaxili səfərlər “təxmin edilən onlarla tədbir” arasında idi.

Məlumata görə, Putin iyulun 5-də Dövlət Şurasının rəyasət heyətinin iclasında iştirak etməli idi, lakin tədbir təxirə salınıb. Putinin həmçinin iyulun 6-da Yakutiyada “Asiya Uşaqları” oyunlarının açılışı və Rusiya Xalq Cəbhəsinin regionlararası konfransında da iştirakı nəzərdə tutulmuşdu.

Novqorod vilayətində isə Rusiya lideri “Akron” istehsalat birliyinə baş çəkməli idi. Bu tədbir də təxirə salınıb.

0
16