Azərbaycanla sərhəddə terrorçularla döyüşlər

Azərbaycanla sərhəddə terrorçularla döyüşlər

Silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib, Oxu.Az TASS-a istinadən xəbər verir.

“Gecə saatlarında Dağıstanın Qarabudağkənd rayonunda yaraqlılarla atışma baş verib. Regionda antiterror əməliyyatı rejimi elan olunub. Silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır”, - operativ qərargahın nüamyəndəsi bildirib.

İlkin məlumata görə, güc strukturlarının əməkdaşları atışmada bir yaraqlını məhv ediblər.

“Novıy Paraul kəndində hüquq-müahifizə orqanlarının əməkdaşlarına müqavimət zamanı bir silahlı öldürülüb. Təfərrüatlar dəqiqləşdirilir”, - TASS nəşri Şimali Qafqaz Federal Dairəsindəki mənbənin sözünü sitat gətirir.

0
13