Saakaşvilinin 370 min manatlıq avtomobilini oğurladılar

Saakaşvilinin 370 min manatlıq avtomobilini oğurladılar

Oğurluqda “Quqa” ləqəbli kriminal avtoritet Sergey Qlontin günahlandırılır.

Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Toyota Land Cruser” markalı zirehli avtomobili oğurlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “strana.ua” saytı ölkənin Baş prokurorluğundakı mənbəyə istinadən xəbərə verir.

Nəşrin məlumatına görə, altı milyon qrivna (370 min manat) dəyərində avtomobilin “Quqa” ləqəbli kriminal avtoritet Sergey Qlontinin mütəşəkkil cinayətkar dəstəsi tərəfindən oğurlandığı bildirilir.

S.Qlonti hazırda təcridxanadadır və bu gün məhkəmə onun apellyasiya şikayətinə baxmalıdır. Oğurluğun Ukrayna hüquq-mühafizə orqanlarındakı “gürcü klanı”nın S.Qlontiyə loyallığına nail olmaq məqsədilə törədildiyi xəbər verilir. Məhkəmə vəkillərin arqumentləri ilə razılaşarsa, S.Qlonti ekstradisiya edilməyəcək və azadlığa buraxılacaq. Bu halda avtomobil sahibinə qaytarılacaq.

Budapeşt S.Qlontini qeyri-qanuni yol ilə Macarıstan vətəndaşlığı almaq cəhdində günahlandırılır.

0
21